NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi cəmləşməsi davam edir. SİA bu barədə rus mətbuatına istinad edir.
Beləliklə, Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə bir araya gəldikdən sonra keçirilən birgə mətbuat konfransında: “Biz Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşun cəmləşdirmə fəaliyyətinin dayandığına ya da səngidiyinə dair əlamət görmürük. Əksinə sözmövzusu fəaliyyətlərin davam etdiyini müşahidə edirik. Rusiyanın bu cəhdinin heç bir məntiqli səbəbi yoxdur. Bu addımlar Avropanın təhlükəsizliyini təhdid edir. Sabitliyi pozur. Biz Rusiyanı diplomatiyaya qayıtmağa, gərginliyi azaldacaq addımlar atmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq” -deyə bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...