Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 50 faiz artırılaraq 4 250 lirəyə çatdırılıb. SİA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, gələn ildən etibarən minimum əməkhaqqı gəlir vergisindən azad ediləcək.
"Bəzi çətinliklərimiz var, amma tezliklə bunların öhdəsindən gələcəyik. Son dövrlərdə məzənnədə baş verən dalğalanma və bunun nəticəsində qeydə alınan bahalaşmaya ən qısa zamanda son qoymağa hazırıq. Yaxın zamanlarda həyata keçirəcəyimiz tədbirlərlərlə bunu reallaşdıracağımıza inanıram", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, son sutka ərzində Türkiyə lirəsi ABŞ dollarına nisbətdə daha 5 faiz dəyər itirib. Hazırda Türkiyədə 1 dolların qiyməti 15,5 lirə ətrafında təşkil edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...