Prezident Rəcəb Tayyib Ərdoğan “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask ilə videokonfrans formatında görüş keçirib.
SİA xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə Türkiyənin dövlət və özəl sektor qurumları ilə şirkət arasında müxtəlif sahələrdə, ilk növbədə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Görüş zamanı həmçinin elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə edilib, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.
Görüşdə Türkiyənin yerli elektrikli "TOGG" avtomobilinin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar da müzakirə edilib.
Görüşdə Türkiyənin yanvar ayında "SpaceX" vasitəsilə kosmosa göndərdiyi "TÜRKSAT 5A" süni peykindən sonra "TÜRKSAT 5B" peykinin kosmosa buraxılması prosesi də müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirdiyi digər işlərə də diqqət çəkib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...