NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini aldığını təsdiqləyib və alyansın istənilən müzakirədə Ukraynanın fikrini nəzərə alacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə baş katib Yens Stoltenberq Brüsseldə Bolqarıstanın baş naziri Stefan Yanevlə keçirdiyi mətbuat konfransında deyib.
“Biz açıq şəkildə bildiririk ki, Rusiya ilə istənilən dialoq NATO-nun Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını aradan qaldırmalı, Avropa təhlükəsizliyinin əsas prinsipləri və sənədlərinə əsaslanmalı və NATO-nun Ukrayna kimi Avropa tərəfdaşları ilə məsləhətləşmələr əsasında aparılmalıdır”, deyə baş katib Yens Stoltenberq bildirib.
Baş katib əlavə edib ki, Şimali Atlantika Alyansı Rusiya ilə etimad yaratmaq üçün işləməyə hazırdır.
Xatırladaq ki, NATO-nun şərqə doğru hərəkətini istisna edən aydın beynəlxalq hüquqi razılaşmaların hazırlanması üçün Vaşinqton və onun müttəfiqləri ilə danışıqlara başlamağın zəruriliyini Vladimir Putin bəyan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...