Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası və ABŞ başçıları Vladimir Putin və Co Bayden dost deyillər, onların ünsiyyət üçün çox imkanları olmayıb. SİA xəbər verir ki, bu sözləri Peskov “RTV1” televiziya kanalının efirində deyib.
"Mən deməmişəm ki, iki lider arasında dostluq münasibətləri var. Qarşılıqlı hörmət, konstruktiv və çox işgüzar münasibətlər var. Onlar dost deyillər, hələ də çox ünsiyyət qurmayıblar", deyə Peskov bildirib.
Onun sözlərinə görə, liderlər Putin baş nazir olanda, müxtəlif beynəlxalq tədbirlərdə görüşüblər, lakin ünsiyyət qurmaq imkanları çox olmayıb.
Peskov qeyd edib ki, liderlər arasında işgüzar və qarşılıqlı hörmət atmosferi hökm sürür.
“Ən azı, deyə bilərik ki, Putin və Bayden rahat danışırlar, o mənada ki, onlar bir-birlərinə öz mövqelərini çatdırırlar, problem haqqında danışırlar və bir-birlərinə aydın cavab verirlər”, deyə Peskov əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...