Avstraliyalı alimlər 1306 ayaqlı qırxayaq kəşf edərək rekord qırıblar
Avstraliyalı alimlər 1306 ayaqlı qırxayaq kəşf edərək rekord qırıblar.
SİA xəbər verir ki, alimlər Qərbi Avstraliyada mədən sahəsində təxminən 60 metr yerin altında solğun rəngli, 95 mm uzunluğunda, 1306 ayağı olan qırxayaq aşkar ediblər.
"Eumillipes Persephone" qırxayaq növüdür və alimlər bu növlərdən dördünü tədqiq ediblər.
Araşdırmalara görə, yetkin dişilərdən birinin 1306 ayağı, digərinin isə 998 ayağı var idi. İki yetkin erkəkdən birinin 818 ayağı, digərinin isə 778 ayağı var idi.
1306 ayağı olan bu qırxayaq dünyada ilkdir və rekorddur.
400 milyon il əvvəl mövcud olan qırxayaqların bu gün 13 minə yaxın növü var.
Əvvəlki rekord 750 ayağı olan "Illacme plenenes" adlı Kaliforniya qırxayağı növü idi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...