ABŞ hökuməti Əfqanıstan sakinlərinə humanitar yardım göstərməyə hazırdır, lakin ölkədə nəzarəti ələ keçirən radikal “Taliban” hərəkatından öhdəliklərin yerinə yetirilməsini tələb edir.
SİA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz Əfqanıstana dəstək göstəririk. ABŞ Əfqanıstan üçün ən böyük ianəçidir. Son bir neçə ay ərzində BMT və qeyri-hökumət təşkilatlarının xətti ilə Əfqanıstandakı humanitar ehtiyaclara yarım milyard dollardan artıq vəsait ayırmışıq”, – deyə o qeyd edib.
Sallivan xatırladıb ki, Vaşinqton BMT-nin strukturlarına və qeyri-hökumət təşkilatlarına əfqanlara humanitar yardım göstərilməsində mane olmur.
“Biz, həmçinin “Taliban”la danışırıq, onlara bildiririk ki, əgər onlar hər hansı bir ölkədən, o cümlədən ABŞ-dan birbaşa yardım almaq istəyirlərsə, əsas öhdəlikləri, beynəlxalq humanitar öhdəlikləri, insan hüquqlarına aid öhdəlikləri və terrorizmə qarşı mübarizə məsələlərində öz öhdəliklərini yerinə yetirməlidirlər”, – deyə Sallivan əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...