Hindistan nüvə yükü daşıya bilən yeni nəsil ballistik raketi Agni P-ni uğurla sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə Hindistanın müdafiə nazirliyi məlumat yayıb.
Sınaq səhər saatlarında Benqal körfəzindəki Abdul Kalam adasından həyata keçirilib. Uçuşun bütün mərhələlərində raketin trayektoriyası və parametrləri telemetriya, radar, elektro-optik stansiyalar və uzaq mənzilli gəmilər tərəfindən izlənilib.
"Raket verilmiş trayektoriya üzrə gedib, bütün uçuş tapşırıqlarını yüksək dəqiqliklə yerinə yetirib. Agni P iki pilləli bərk yanacaq ballistik raketidir, ikiqat ehtiyat naviqasiya və istiqamətləndirmə sisteminə malikdir. Bu ikinci uçuş sınağı inteqrasiya olunmuş bütün qabaqcıl texnologiyaların etibarlılığını təsdiqləyib", deyə Hindistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...