Kiyevin Sofiya meydanında ölkənin əsas yolkasının işıqları yandırılıb.
SİA xəbər verir ki, şəhər sakinləri və qonaqlarının iştirakı ilə keçirilən tədbirdə Kiyev meri Vitali Kliçko çıxış edərək 2021-ci ilin heç də asan il olmadığını bildirib.
“Əminəm ki, birlikdə Kiyevi daha gözəl və həyat üçün daha cəlbedici edəcəyik”,- deyə mer söyləyib.
Yeni il şənliklərinin təşkilatçıları qeyd ediblər ki, Ukraynanın əsas yolkası Avropada ən böyük yolkalardan biridir. Yeni il ağacının özü 20 mindən çox oyuncaq - qırmızı və qızılı oyuncaqlarla bəzədilib və ağacın üstündə böyük günbəz şəklində çələnglər parıldayır. Əsas yolkanın hündürlüyü 31 metrdir.
Yanvarın 16-dək yolka ərazisində Yeni il və Milad yarmarkası açıq olacaq.
Dekabrın 16-dan Kiyevdə artıq 14 Yeni il məkanı fəaliyyət göstərir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...