Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi "Feni-Olnua"ya qarşı ölkə kubokunun 1/32 final mərhələsinin oyununda iştirak etməyəcək. SİA “RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin məşqçilər korpusu 34 yaşlı hücumçuya istirahət verib və onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Argentinalı forvard cari mövsüm Fransa Liqa 1-də 10 görüşdə meydanda olub, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Feni-Olnua" - PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:10-da başlayacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...