PDF Oxu

Dünya

  • 1 748

Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb

Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında yük avtomobilinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb.

SİA bu barədə rus mətbuatına istinad edir.

Dass və Bauçi şəhərlərini birləşdirən magistral yolda yük maşını və minik avtomobili toqquşub, nəticədə 8 nəfər ölüb, bir nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qəzaya sürət həddinə əməl edilməməsi səbəb ola bilər.

Qeyd edək ki, Nigeriya hökuməti sürücüləri qarşıdan gələn Yeni il tətillərində daha diqqətli olmağa çağırıb.

Digər xəbərlər