Qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağı Rusiyadan tələb edən NATO, Rusiya sərhədlərindən alyansın öz qoşunlarını çıxarmasının lazım olduğu barədə Moskvanın bəyan etməsindən inciyib. SİA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Alyans bizdən qoşunları Ukrayna ilə sərhədlərdən çıxarmağı tələb edir. Məsələn, NATO hesab edir ki, onlar bizdən qoşunları NATO sərhədlərindən min kilometrlərlə uzaqda olan sərhədlərdən çıxarmağı tələb edə bilər, lakin biz deyəndə ki, qoşunları sərhədlərimizdən uzaqlaşdırın, o zaman NATO özünün çox incitdiyini iddia edir. Çünki alyans sırf müdafiə xarakteri daşıyır və o, demokratik dövlətlər klubudur. Bunun özü də NATO-da həyata keçirilən hər hansı hərəkətlərin şübhə altına alınmasını istisna edir və heç kimin buna şübhə etməyə haqqı yoxdur”, deyə Aleksandr Qruşko bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...