PDF Oxu

Dünya

  • 1 755

Qasırğa 140-dan çox insanın həyatına son qoyub FİLİPPİNDƏ

Qasırğa 140-dan çox insanın həyatına son qoyub FİLİPPİNDƏ

Filippində “Rai” (yerli adı Odette) qasırğası qurbanlarının sayı 140 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda ən çox insan qurbanı Bohol əyalətində qeydə alınıb. Qubernator Artur Yapın sözlərinə görə, daha 73 qurban haqqında məlumat daxil olub. Agentlik bildirir ki, yerli hakimiyyət orqanları qasırğadan zərər çəkmiş ərazilərdən məlumat topladığı üçün ölənlərin sayının artacağı da ehtimal edilir.

Təbii Fəlakət Riskinin Azaldılması və Yardım üzrə Milli Şuranın (NDRRMC) məlumatına görə isə, tayfun səbəbindən Şərqi Visayas, Mərkəzi Visayas və Karaqa bölgələrində 332 mindən çox insan təxliyə edilib.

Qeyd edək ki, bir qədər əvvəl 75-ə yaxın adamın öldüyü məlum idi.

Digər xəbərlər