Fransada koronavirusla bağlı vəziyyət kritikdir, ölkə yeni “omikron” ştamının yayılma dalğasının başlanğıcındadır. SİA xəbər verir ki, bu sözləri ölkənin Nazirlər Kabinetinin sözçüsü Qabriel Attal çərşənbə günü brifinqdə söyləyib.
"Fransada koronavirusla bağlı vəziyyət kritikdir, çünki delta ştammı bütün ölkəyə yayılmaqda davam edir. Dünən Fransada 73 min yeni yoluxma halı qeydə alınıb. Hazırda yoluxma hər 100 min nəfərə görə 500-ü ötüb", deyə Attal bildirib.
Bundan əlavə, o qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin sayının artması ilə əlaqədar xəstəxanalara təzyiqlər artmaqda davam edir.
"Vəziyyət həm də ona görə kritikdir ki, epidemiya yeni omikron ştammına görə xəstələnmənin yeni artımı ilə müşayiət oluna bilər, o, bütün Avropada fenomenal sürətlə yayılır. Biz omikronun yayılması dalğasının başlanğıcındayıq", deyə hökumətin sözçüsü əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...