Avstriya dekabrın 27-dən etibarən COVID-lə bağlı məhdudiyyətləri gücləndirəcək. SİA xəbər verir ki, bu barədə Avstriyanın COVID Böhran Koordinasiya Mərkəzinə rəhbərlik edən Avstriya Səhiyyə Nazirliyinin baş sanitar həkimi Katarina Rayx çərşənbə günü bildirib.
Onun sözlərinə görə, Avstriyanın COVID Böhran Koordinasiya Mərkəzi komissiyası qəbul ediləcək tövsiyələr hazırlayıb.
"Biz iaşə obyektlərinin iş saatlarını azaldacağıq. Bağlanma saatı 22.00 olacaq. Hər şey dekabrın 27-də başlayacaq", deyən Rayx mətbuat konfransında bu qaydanın 31 dekabrda da tətbiq ediləcəyini bəyan edib.
Yeni il gecəsi haqqında danışarkən o, 25 nəfərdən çox olmayan bir qrup halında bayramın qeyd olunmasını tövsiyə edib, çünki bunun, ən yüksək risk olacağı qənaətindədir. Reyx, yeni ili peyvənd olunmuşlarla qeyd etməyə və hər kəsi bir gün əvvəl koronavirus testindən keçməyə çağırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...