Pfizer və Moderna-nın iki dozalı koronavirus peyvəndi ikinci peyvənddən altı ay sonra omikron ştammına qarşı qorunma təmin etmir. SİA xəbər verir ki, bu barədə Amerika alimlərinin tədqiqatına əsasən, bioRxiv resursu məlumat dərc edibdir.
"İkinci dozadan altı ay sonra, tədqiq edilmiş peyvənd edilmiş şəxslərin heç birinin plazması omikron ştammına qarşı neytrallaşdırıcı fəaliyyət göstərmədi", deyə tədqiqatda bildirilir.
Tədqiqata görə, ikinci dozadan sonra digər ştammlarla müqayisədə "omikron"la təmasda olan anticisimlərin neytrallaşdırıcı fəaliyyəti 30 dəfə azalıb. Lakin gücləndirici dozadan sonra göstəricilər cəmi 14 dəfə azalıb.
Alimlərin fikrincə, bu məlumatlar omikrondan qorunmanı təmin etmək üçün revaksinasiyaya ehtiyac olduğunu sübut edir.
Xatırladaq ki, əvvəlki variantlardan çoxlu sayda yeni mutasiya ilə fərqlənən omikron koronavirus ştammı noyabr ayında Afrika ölkələrində müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasdan sonra koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib. Mütəxəssislər hesab edir ki, hətta xəstələnmiş və peyvənd edilmiş şəxslər də bu xəstəliyə yoluxa bilər və simptomlar yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...