Myanma ordusunun etnik silahlı qrupların nəzarətində olan şəhərə hava zərbələrindən sonra yüzlərlə insan Tailanda qaçmaq məcburiyyitində qalıb.
SİA xəbər verir ki, Myanma ordusu ilə çevriliş əleyhdarı etnik silahlı qruplar arasında toqquşmaların davam etdiyi bir vaxtda ordu qüvvələri Karen Milli Birliyinin (KNU) qüvvələrinin nəzarətində olan Lay Kay Kaw qəsəbəsinə hava hücumu həyata keçirib.
Yerli rəsmilər və sakinlərə əsaslandırılan xəbərə görə Myanma ordusunun ağır artilleriya və hava zərbələri nəticəsində yüzlərlə myanmarlı çayı keçərək Taylanda qaçmağa məcbur olub. Toqquşmalara görə 2500 kənd sakini ötən həftə Tailand tərəfdəki Mae Sot bölgəsinə keçib. Regionda şiddətli qarşıdurmalar günü-gündən artır. Silah, bomba və döyüş təyyarələrinin səslərinin Tailanddan eşidildiyi və partlayışların şiddətindən evlərin şüşələrinin sındığı bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...