PDF Oxu

Dünya

  • 3 033

Təyyarə uşağı ölümcül vurub UÇUŞ ZOLAĞINDA

Təyyarə uşağı ölümcül vurub UÇUŞ ZOLAĞINDA

Konqo Demokratik Respublikasının Kasai əyalətindəki İlebo aerodromunda kiçik Kin-Avia təyyarəsi uçuş-enmə zolağından keçən bir uşağı ölümcül vurub. SİA xəbər verir ki, bu barədə yerli 7sur7 nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İlebo ərazisi administrasiyasının rəhbəri Fransua Kabul Kasonqonun sözlərinə görə, təyyarə havaya qalxarkən həmyaşıdları ilə uçuş-enmə zolağından keçən 12 yaşlı uşağı vurub.

“Təyyarə havaya qalxan zaman hava limanında uçuş-enmə zolağından keçən ən azı 12 yaşlı oğlanı vurub.

Kinşasaya uçan təyyarə uşağı əzib və uşaq yerindəcə ölüb. Təyyarə Kinşasa yoluna davam edib. Biz uçuş-enmə zolağından keçməyi qadağan etmişik, lakin insanlar bunu başa düşmür”, deyə administrasiyanın rəhbəri Fransua Kabul Kasonqo bildirib.

Digər xəbərlər