Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya lideri ilə Serbiyaya əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparıb və bu barədə razılaşma siyasətçinin Moskvaya səfəri zamanı əldə olunub. SİA xəbər verir ki, bu barədə Vuçiçin mətbuat xidmətinə istinadən TASS Agentliyi məlumat yayıb.
"Prezident Vuçiç və prezident Putin bir ay əvvəl Soçidə başlayan söhbəti davam etdirərək, Avropa və dünyada enerji vəziyyətini nəzərdən keçirdilər. Prezident Putin prezident Vuçiçi əmin edib ki, Rusiya müqavilələrə sadiq qalacaq və bu qış Serbiyanın kifayət qədər qaz həcmi olacaq. Həmsöhbətlər əlavə qaz tədarükü təmin edən sazişdən də danışıblar”, deyə məlumatda qeyd olunur.
Bu gün səhər saatlarında Vuçiç bildirib ki, Rusiya Federasiyası sayəsində Serbiya 6 milyon kubmetrdən çox qaza sahib olacaq.
Xatırladaq ki, noyabrın 25-də Soçidə Rusiya Federasiyası və Serbiya prezidentlərinin 19-cu görüşü olub və bu görüşdə respublika üçün qazın qiyməti təsdiqlənib. Serbiya lideri vurğulayıb ki, o, rusiyalı həmkarı ilə mütəmadi olaraq əlaqə saxlayır.
Vuçiç bildirib ki, Serbiya Rusiyanın sayəsində gündə 8,6 milyon dollar qaza qənaət edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...