Dekabrın 26-da Yaponiya Meteorologiya Agentliyi Yapon dəniz sahillərində güclü yağıntılar barədə məlumat yayıb. Əhaliyə əhəmiyyətsiz yerə gəzintiyə çıxmamaq tövsiyə edilib.
SİA-nın məlumatına görə, agentlik ölkə üzərində soyuq hava kütlələrinin dolanması nəticəsində güclü küləyin əsəcəyi və qar yağıntısı barədə xəbərdarlıq edərək, yerli əhalini diqqətli olmağa çağırıb. Məlumata əsasən, bazar günü Yapon dəniz boyunca geniş ərazilərə güclü qar yağacağı gözlənilir. Nəticədə avtomobillərin hərəkətində təhlükə yaranacağı və yollarda tıxacların əmələ gələcəyi barədə xəbərdarlıq olunur.
Dekabrın 28-də isə qarın daha da artacağı gözlənilir. Soyuq hava kütlələrinin Yaponiyanın qərb hissəsində, Sakit okean üzərində toplanacağı barədə proqnoz verilir. Bunun Kansay və Tokay regionlarının şəhər yerlərində, Şikoku və Kyuşü adalarında isə düzənlik ərazilərdə qarın toplanmasına səbəb olacağı qeyd edilir.
Nəqliyyatın hərəkətində tıxacların yaranacağı barədə xəbərdarlıq edən agentlik, qar uçqunlarının gözlənildiyini də bildirir. Elektrik xətləri üzərində toplanacaq qar nəticəsində enerjinin verilişində fasilələr yarana biləcəyi də qeyd edilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...