Uzun illər vətəndaş müharibəsi şəraitində yaşamış və bir il əvvəl silahlı münaqişə tərəfləri arasında atəşkəsə nail olunmuş Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkiləri baş tutmayıb. Bu ölkənin parlamenti hazırkı gərgin vəziyyətdə bu mühüm demokratik addımı mümkün hesab etmir.
SİA xəbər verir ki, Liviyanın Mərkəzi Seçki Komissiyası seçkiləri yanvarın 24-də keçirməyi təklif etsə də, bunun həmin tarixdə baş tutacağı da böyük şübhə altındadır. Dekabrın 25-də Misir və Rusiya prezidentləri Əbdülfəttah əl-Sisi və Vladimir Putin Liviyadakı vəziyyəti müzakirə ediblər. Misir Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib ki, iki lider bu ölkədə vəziyyətin sabitləşməsi və seçkilərin keçirilməsi istiqamətində səyləri gücləndirmək üzrə razılıq əldə ediblər.
Seçkilərin təxirə salınması ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya hökumətləri də birgə bəyanat yayıblar. Sənəddə Liviyada keçmiş silahlı münaqişə tərəfləri xalqın seçki hüquqlarını təmin etməyə, prezident seçkilərinin dəqiq vaxtını razılaşdırmağa dəvət edilib.
Prezident seçkiləri Muammər Qəddafinin 2011-ci ildə qətlə yetirilməsindən sonra vətəndaş müharibəsi meydanına çevrilən Liviyada sabitliyin və təhlükəsizliyin bərpası istiqamətində mühüm addım sayılır. Namizədlər arasında Tripoliyə qarşı vuruşmuş ordunun komandanı general Xəlifə Haftar, Qəddafinin oğlu Seyf əl-İslam, hazırkı keçici hökumətin başçısı Əbdülhəmid Dbeibah var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...