Yaponiyada şənbə günü axşam saatlarından etibarən Yapon dənizi boyunca bir sıra bölgələrdə tüğyan edən qarlı hava səbəbindən azı 106 daxili reys təxirə salınıb.
SİA yerli KİV-lərə istinadən xəbər verir ki, gecə saatlarında Niiqata əyalətinin mərkəzi prefekturasına təxminən 90 sm, Hokkaydo əyalətinin şimal prefekturasına 40 sm qalınlığında qar yağıb. Bir sıra rayonlarda küləyin sürəti saniyədə 35 m-ə çatıb.
Müvafiq qurumlar sahilboyu ərazilərin və qonşu prefekturaların sakinlərini lazımsız yerə evlərini tərk etməməyə çağırıb.
Pis hava şəraitinin çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...