PDF Oxu

Dünya

  • 2 113

Növbəti pandemiyaya hazırlaşmaq lazımdır BMT-NIN BAŞ KATIBI XƏBƏRDARLIQ ETDI

Növbəti pandemiyaya hazırlaşmaq lazımdır BMT-NIN BAŞ KATIBI XƏBƏRDARLIQ ETDI

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, COVID-19 pandemiyası bəşəriyyət üçün sonuncu olmayacaq, siz növbəti sağlamlıq böhranına hazır olmalısınız. SİA xəbər verir ki, bu barədə BMT-nin baş katibi rəsmi Tvitter hesabında yazıb.

"COVID-19 bəşəriyyətin qarşılaşacağı son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti böhrana hazırlaşmalıyıq. Beynəlxalq Hazırlıq Günündə gəlin bu məsələyə onun tələb etdiyi diqqəti və sərmayəni verək", deyə Quterreş qeyd edib.

Diqqətə çatdıraq ki, 27 dekabr bazar ertəsi Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günüdür və bu, 2020-ci ilin noyabrında BMT Baş Assambleyası tərəfindən elan edilib. Baş Assambleya bütün ölkələri hər il bu tarixi epidemiyaların qarşısının alınmasına yönəlmiş maarifləndirici işlərlə qeyd etməyə çağırıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı Çində aşkar edilən SARS-CoV-2 koronavirusunun yayılmasını pandemiya elan edib və bu patogenin yaratdığı xəstəliyə COVID-19 adı verilib.

Digər xəbərlər