Türkiyə axtarış-kəşfiyyat işləri davam etdirilən yeni qaz yatağının müjdəsini verməyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz açıqlama verib.
Nazir Sakarya qaz sahəsində növbəti kəşfiyyat qazmalarına hazırlaşıqlarını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyun ayında 135 milyard kubmetrlik “Amasra-1” quyusunun müjdəsini verdiyini xatırladan Dönməz qeyd edib:
“Bu bölgələrdə qazmalara davam edirik. Hazırda “Türkali-8” ilə 9-cu quyunu qazırıq. İnşallah, bu ilin birinci rübündə Sakarya qaz sahəsinə qonşu ərazilərdə yeni qazma işlərinə başlayacağıq. Ümid edirəm ki, 2022-ci ildə də xalqımıza oxşar müjdəni verəcəyik”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...