PDF Oxu

Dünya

  • 2 537

BlackBerry klassik telefonlarını daha emal etməyəcək

BlackBerry klassik telefonlarını daha emal etməyəcək

BlackBerry bütün klassik telefon modelləri üçün rəsmi dəstəyi dayandırdığını açıqladı. SİA-nın xarici mətbuata əsasəm verdiyi xəbərə görə, bu həftənin əvvəlində yeni elanı paylaşan şirkət bundan sonra BlackBerry OS və ya BB10 OS ilə işləyən telefonları dəstəkləməyəcək. Bundan əlavə şirkət xəbərdarlıq edir ki, cihazların mobil xətti və ya WiFi bağlantıları işlək qalması üçün heç bir yeniləmə paylaşılmayacaq və Android əməliyyat sistemi ilə köhnə cihazların dəstəyi 2022-ci il yanvarın 4-də başa çatacaq.
Yeni elanla ənənəvi BlackBerry telefonları zəng, mobil məlumat, SMS və təcili zəng funksiyalarını itirəcək. Cihaz sahiblərinə bütün məlumatlarının ehtiyat nüsxəsini çıxarmaları tövsiyə olunur.

Digər xəbərlər