Qərbin Qara dəniz və ətrafında hərbi fəaliyyətləri və Moskvaya qarşı “hücuma hazırlıq” ittihamları ilə son vaxtlar gərginləşən Rusiya-Ukrayna münasibətlərinə xələl gətirəcək daha bir addım atılıb. Ukrayna parlamentinin Ali Radasında 2020-ci il dekabrın 3-də qəbul edilən və Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun, bir ildən artıq müddətdən sonra bu gün qüvvəyə minib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qanuna görə, “təcavüzkar dövlət” kimi müəyyən edilən Rusiya bayrağı altında üzən gəmilər, beynəlxalq reyslər çərçivəsində Ukrayna ilə çay limanları arasında sərnişin və yük daşımaları həyata keçirə bilməyəcək. Bundan başqa, Rusiya bayrağı altında üzən gəmilər Ukraynanın daxili sularında dəniz yük uçuşları həyata keçirə bilməyəcək. Qanunla Rusiya vətəndaşlarına məxsus gəmilərin Ukrayna gəmi reyestrində qeydiyyata alınması da qadağan edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...