Şərqi Afrika ölkəsi Mavrikiydə hava limanının işçiləri təyyarənin tualetindəki zibil qutusunda yeni doğulmuş oğlan uşağı tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, işçilər zibil qutusunda qana bulaşmış tualet kağızından şübhələnərək körpəni fərq etdikdən sonra körpə müalicə üçün xəstəxanaya göndərilib.
Hava limanı polisi sərnişinləri sorğu-sual edərkən körpəni tərk edənin 20 yaşlı madaqaskarlı qadın olması şübhə doğurub. Körpənin ona aid olduğunu təkzib edən qadın, doğum etdiyini təsdiqləyən tibbi müayinədən sonra saxlanılıb. Xəstəxanada nəzarətdə saxlanılan qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Mavrikiyə 2 illik iş icazəsi ilə gələn qadın xəstəxanadan çıxdıqdan sonra yeni doğulmuş körpəsini tərk etdiyi üçün mühakimə olunacaq.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...