Macarıstan təhlükəsizlik qüvvələri son 3 gün 457 miqrantın ölkəyə daxil olmasının qarşısını alıb.
SİA xəbər verir ki, Macarıstan Polis Baş idarəsində bu barədə açıqlama yayılıb.Bildirilib ki, 20-26 dekabr tarixlərində 1418, 27 dekabr-2 yanvar tarixlərində isə 1381 sığınacaq axtaran şəxsin ölkəyə girişinin qarşısı alınıb. Son 3 sutka ərzində ölkəyə daxil olmağa cəhd edən 457 qeyri-qanuni miqrant ölkə sərhədlərindən geri qaytarılıb. Son bir həftədə 21 nəfər insan qaçaqmalçılığı şübhəsi ilə nəzarətə alınıb.Xatırladaq ki, Macarıstan qaçqınların ölkə ərazilərinə daxil olmalarının qarşısını almaq üçün Serbiya və Xorvatiya ilə olan sərhədlərinə tikanlı məftillər çəkdirib və sərhədyanı rayonlarda fövqəladə vəziyyət elan edib. Qanunsuz keçidlərə görə cəzaları ağırlaşdırıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...