"Omikron" variantına görə koronavirus hadisələrinin rekord artımını gözləyən Almaniya, fəlakət ssenarisindən qaçmaq üçün yeni strategiya tətbiq etməyə hazırlaşır. SİA xarici mətbuata istinadən bildirir ki, yeni plan "Omikron" variantının yayılmasını yavaşlatmaq məqsədi daşıyır. Peyvənd olunmayanlara yeni məhdudiyyətlər tətbiq ediləcək. Yeni tədbirlər reanimasiya şöbələrinin və səhiyyə sisteminin böyük böhrana girməsinin qarşısını almaq məqsədi daşıyır. Çərşənbə günü 58 912 yeni Covid-19 hadisəsinin görüldüyü Almaniyada koronavirus səbəbi ilə 346 ölüm qeydə alınıb. Ölkədə 7 min 27 yeni "Omikron" hadisəsi aşkar edilərkən, noyabr ayından bu yana qeydə alınan "Omikron" hadisələrinin sayı 42 min 556-ya yüksəlib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...