Qazaxıstanın Manqistau vilayətinin regional mərkəzi olan Aktau şəhərinin hava limanı ölkədəki vəziyyət fonunda işləmir. SİA xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan "Air Astana"ya istinadən məlumat yayıb.
Qeyd olunur ki, bir qədər əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 19-dək Manqistau vilayətində fövqəladə vəziyyət elan edib ki, bu da komendant saatı və giriş-çıxışa məhdudiyyətlər nəzərdə tutur.
Məlumatda deyilir ki, 2022-ci ilin ilk günlərində Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz ediblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib. Yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və bildirib ki, Nazirlər Kabineti etiraz situasiyasına icazə verməkdə xüsusilə günahkardır.
Etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü axşam və 5-nə keçən gecə ölkənin ən böyük şəhəri və ilk paytaxtı Alma-Atada etirazçılar təhlükəsizlik işçiləri ilə toqquşub, polis qaz və səs-küylü qumbaraatanlardan istifadə edib. Tokayev insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb və əlavə edib ki, “hakimiyyət yıxılmayacaq” və ölkəyə “münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...