Pakistan liderləri ümudünyaya çağırış edib ki, Hindistanın Cammu və Kəşmir bölgəsində insan haqlarını pozmasının qarşısının alınması üçün lazımlı addımlar atılsın.
Pakistanlı liderlər, Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistan və Pakistan Komissiyasının (UNCIP) 5 Yanvar 1949-cu ildə Kəşmirə nəzarətin hansı ölkədə olacağına dair problemin plebisit yol ilə həll edilməsini nəzərdə tutan qərarın ildönümü münasibəti ilə açıqlama veriblər.
SİA xəbər verir ki, Pakistan prezidenti Arif Alvi dünyanı Hindistanı Cammu və Kəşmirdə insan haqları pozuntularına görə məsuliyyətə cəlb etməyə çağırıb və beynəlxalq ictimaiyyətdən Cammu Kəşmir probleminin dinc və sağlam həlli üçün öz rolunu oynamasını istəyib.
Baş nazir İmran Xan da Cənubi Asiyada daimi sülhün, Cammu Kəşmir probleminin beynəlxalq legitimlik əsasında sülh yolu ilə həllindən asılı olduğunu, dünyanın Kəşmir xalqına qarşı mənəvi və hüquqi məsuliyyətdən imtina etməyəcəyinə əminliyini bildirib. Hindistanın bölgədə 900.000 əsgər yerləşdirdiyini və beləcə Cammu Kəşmiri dünyanın ən böyük açıq hava həbsxanasına və hərbiləşdirilmiş zonasına çevirdiyinə diqqət çəkən Baş nazir Xan, BMT-ni sözmövzusu ölkənin Cammu və Kəşmirdə insanlığa və xalqa qarşı törətdiyi cinayətlərin qarşısının alınması üçün məsuliyyətə çağırdığını vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...