Ağ Evin hazırkı sahibi Co Baydenin Kapitoliyə hücumunun ildönümündə səsləndirdiyi ittihamlar ictimaiyyətin diqqətini hazırkı administrasiyanın uğursuzluqlarından yayındırmaq və ölkəni daha da parçalamaq məqsədi daşıyır. SİA xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp açıqlamasında deyib.
Qeyd edək ki, cümə axşamı günü Bayden sələfini bir il əvvəl Birləşmiş Ştatlarda hakimiyyətin dinc yolla ötürülməsinə mane olmaqda, konqres binalarına misli görünməmiş hücumda saatlarla hərəkətsiz qalmaqda və 2020-ci ildə seçkilərdə məğlubiyyətini etiraf etməmək üçün yalanlar şəbəkəsi toxumaqda ittiham edib.
"Korrupsiyaya uğramış seçkilər, enerjiyə fəlakətli yanaşmalar, konstitusiyaya zidd mandatlar, məktəblərin dağıdıcı şəkildə bağlanması kimi çılğın siyasəti ilə millətimizi məhv edən Bayden bu gün mənim adımdan istifadə edərək, Amerikanı daha çox parçalamağa cəhd edir. Bu siyasi teatr sadəcə olaraq bir cəhddir və Baydenin tamamilə iflasa uğraması faktından diqqəti yayındırmaq niyyətidir”, deyə Tramp açıqlamasında bildirib.
O, Baydenin qalib gəldiyi 2020-ci il prezident seçkilərini “böyük yalan” adlandırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...