PDF Oxu

Dünya

  • 1 756

Dünyada koronavirusa yoluxanların sayı 71 faiz artıb İKİ HƏFTƏ ƏRZİNDƏ

Dünyada koronavirusa yoluxanların sayı 71 faiz artıb İKİ HƏFTƏ ƏRZİNDƏ

Bir həftə ərzində dünyada COVID-19 infeksiyasının səviyyəsi 71% artıb. SİA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar şöbəsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinqdə deyib.

"Bu axşam dərc olunacaq həftəlik epidemioloji bülletendə siz qlobal miqyasda son 7 gündə infeksiyaların sayının 71% artdığını görəcəksiniz. Bu, regionlara görə dəyişir. ABŞ-da 100%, Afrika regionunda təxminən 7% artım olub", deyə Van Kerkhove bildirib.

O, qeyd edib ki, keçən həftə ÜST 9,5 milyon COVID-19 hadisəsi haqqında məlumat alıb və faktiki məlumatların daha yüksək ola biləcəyini bəyan edib.

Van Kerkhove vurğulayıb ki, bu həftə yoluxmaların sayı daha da çox olacaq, çünki təkcə son bir gündə ÜST 2,2 milyon infeksiyaya yoluxma barədə məlumat verib.

Digər xəbərlər