PDF Oxu

Dünya

  • 1 646

“Tengizşevroil” neft hasilatını dayandırmayıb QAZAXISTANDA

“Tengizşevroil” neft hasilatını dayandırmayıb QAZAXISTANDA

Neft hasilatı şirkəti “Tengizşevroil”, ölkədəki etirazlara baxmayaraq, Qazaxıstanda fəaliyyətini davam etdirir. SİA xəbər verir ki, bu sözləri “Tengizşevroil” şirkətinin sözçüsü Selli Cons söyləyib.

O, qeyd edib ki, şirkət logistika sektorundakı çətinliklərə görə hasilat həcminə müvəqqəti düzəlişlər edib.

"Tengizchevroil" əməliyyatları davam etdirir, lakin logistik səbəblərə görə istehsala müvəqqəti düzəlişlər edilib", deyə Cons bildirib.

Xatırladaq ki, “Tengizşevroil” Qazaxıstanın Atırau vilayətində Tengiz yatağının işlənməsi üçün yaradılmış Qazaxıstan birgə müəssisəsidir. Amerika neft nəhəngi “Chevron” onun əsas səhmdarıdır.

Şirkət sözçüsü təsdiqləyib ki, bir sıra podratçı işçilər Qazaxıstandakı etirazlara dəstək üçün Tengiz yatağına toplaşıblar. Cons deyib: “Tengizchevroil Tengizdə öz işçilərinin təhlükəsizliyini və rifahını təmin etmək və iş yerində təhlükəsizliyi təmin etmək öhdəliyi götürür”.

Digər xəbərlər