Prezident Ərdoğan Qazaxıstan prezidenti Tokayevlə görüşündə dost və qardaş Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən Prezident Ərdoğan, Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb. Yeni hökumətin ən qısa zamanda qurulacağına və gərginliyin qısa zamanda sona çatacağına ümid etdiyini ifadə edən prezident Ərdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib. Prezident Ərdoğan, Türkiyənin lazım gələrsə hər cür texniki bilik və təcrübəni paylaşmağa hazır olduğunu qeyd edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...