Ukraynada qəzet, jurnal və krossvord toplularının rus dilində nəşri qadağan edilib. SİA xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti xəbər verib.Xəbərdə deyilir ki, müvafiq norma “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanunda öz əksini tapıb. Sənədə əsasən, dil kvotaları yanvarın 16-dan qüvvəyə minəcək. Qadağa ümummilli çap mediasına şamil edilir.Bununla belə, ölkədəki qəzetlərin rus dilində nəşr oluna biləcəyi haqda bir şərt var. Bunun üçün səhifəyə eyni sayda Ukrayna dilində məqalələr yerləşdirmək lazımdır. Eyni zamanda "KP"-nin Ukrayna üzrə baş redaktoru Oksana Boqdanova bildirib ki, iki nüsxə çıxarmaq çox baha başa gəlir, çünki əsas xərc kağıza, çapa və satışa gedir. Regional çap mediası üçün yardım nəzərdə tutulub. Onlar 2024-cü ilə qədər seçdikləri dildə nəşrlər hazırlaya bilərlər.Bundan əlavə, Ukraynada 16 iyul 2022-ci il tarixindən etibarən xidmət sektoru müştərilərlə rus dilində ünsiyyətə görə cərimələnəcək. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, ölkədə rus dilinə qarşı mübarizə Kiyevin yol verdiyi əsas səhvlərdən biridir.Qeyd edək ki, 2019-cu ilin aprelində Ukraynada “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanun qəbul edilib. 2021-ci il iyulun 16-dan Ukrayna televiziyasında yalnız ukrayna dilinə tərcümə olunmuş filmlər və seriallar yayımlanmalıdır, bundan əlavə, konsertlər, əyləncə şouları, sərgilər, ekskursiyalar, teatrlar və muzeylər üçün dövlət dili məcburi hala gətirilib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...