Qazaxıstanın Atırau şəhərində iğtişaş törədən 104 nəfər saxlanılıb, 35 polis əməkdaşı yaralanıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Yerli hakimiyyət orqanlarının məlumatına görə, iğtişaş törədən 104 nəfər saxlanılıb, 7 polis maşını zədələnib, 35 əməkdaş yaralanıb. Dörd nəfər xəstəxanadadır, onlardan birinin vəziyyəti ağırdır", deyə "Xəbər 24" telekanalı məlumat verir.
Telekanalın məlumatına görə, ictimai nəqliyyat və marketlər adi rejimdə işləyir. Şəhərin mərkəzi meydanı boşdur, sakinlər orada əvvəllər quraşdırılmış çadırları söküblər. Atırau vilayətində nəzarət-buraxılış məntəqələri yaradılıb, strateji obyektlərin mühafizəsi gücləndirilib.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4 və 5-də Alma-Atada etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. Etirazlar radikallaşıb, talan başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qazaxıstan təhlükəsizlik qüvvələri antiterror əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 18 təhlükəsizlik işçisi həlak olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...