Cümə günü axşam saatlarına qədər əsasən Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. SİA xəbər verir ki, bu barədə informburo.kz xəbər saytı ölkənin “Atameken” Milli Sahibkarlar Palatasına istinadən məlumat yayıb.
"Yanvarın 7-də saat 21.00-a Qazaxıstan Respublikasının on rayonunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər çəkibdir", deyə nəşr yazır.
“Atameken”in məlumatına görə, dəymiş ziyanın məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Alma-atı üzrədir.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik işçisi həyatını itirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...