NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri NATO-Rusiya Şurasının yanvarın 12-də keçiriləcək iclası ərəfəsində Rusiya ilə münasibətlərdə dialoq, diplomatiya və deeskalasiyaya çağırıblar.
SİA xəbər verir ki, bu barədə cümə günü alyansın xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra ABŞ-ın NATO-dakı daimi nümayəndəliyi “Twitter”də məlumat verib.
Daimi Nümayəndəlik, həmçinin qeyd edib ki, NATO ölkələri Rusiyaya qarşı Brüssel və Vaşinqtondan səslənən “Ukraynaya təcavüz” ittihamlar kontekstində birlik ifadə ediblər.
“Eyni zamanda qarşıdan gələn Rusiya-NATO Şurası ərəfəsində nazirlər diplomatiya, dialoq və gərginliyin azaldılmasının zəruriliyini vurğulayıblar” ABŞ-ın NATO-dakı missiyasının bəyanatında deyilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...