PDF Oxu

Dünya

  • 1 494

"Taliban" əfqan xalqına kömək etməyə çağırış edib

"Taliban" əfqan xalqına kömək etməyə çağırış edib

Əfqanıstan baş nazirinin müavini Molla Əbdülqəni Qardaş yayımladığı videomüraciətlə dünyanı əfqan xalqına humanitar yardıma çağır.

SİA xarici mətbuata istinadən bildirir ki, "Taliban"ın önəmli adlarından biri və Əfqanıstan baş nazirinin müavini Molla Əbdülqəni Qardaş dünyanı əfqan xalqına humanitar yardıma çağırıb.

Video mesajında ​​Əfqanıstanın həssas bir dövrdə olduğunu dilə gətirən Qardaş, "Bir tərəfdən sıxıcı sanksiyalar var, digər tərəfdən Əfqanıstanda son 20 ildə vətəndaşların iş imkanlarını asanlaşdıracaq heç bir infrastruktur yoxdur"- deyib.

Xatırladaq ki, bir müdət bundan əvvəl “Al Jazeera” telekanalına açıqlama verən "Taliban" rəsmilərindən biri “...biz dünya birliyindən Əfqanıstan xalqına iqtisadiyyat, təhsil və səhiyyə sahələrində kömək etməsini istəyirik” -deyərək bəyan etmişdi.

Digər xəbərlər