Rusiyanın alyansla Şuranın iclasında iştirak etmək qərarı müsbət siqnaldır. SİA xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq blok ölkələrinin xarici işlər nazirlərinin virtual görüşünün yekunlarına dair brifinq zamanı deyib.
O vurğulayıb ki, dialoqa başlamaq çox vacibdir.
"Rusiyanın Rusiya-NATO Şurasının iclasında iştirak etmək qərarını alqışlayıram, bu, müsbət siqnaldır", deyə Stoltenberq bildirib.
O, həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansı müsbət qarşılıqlı fəaliyyətə hazırdır və “Rusiyanın narahatlığını” dinləyəcək, lakin eyni zamanda Moskvanın NATO ölkələrinin də narahatlığını eşitəcəyini gözləyir.
Stoltenberq əlavə edib ki, alyansdakı müttəfiqlər birbaşa və açıq şəkildə Rusiya Federasiyası ilə təhlükəsizlik üzrə dialoq aparacaq, lakin “diplomatiyanın nəticə verməyəcəyi” riski həmişə var.
Baş katib digər məsələlərlə yanaşı qeyd edib ki, NATO Ukrayna ilə bağlı hərbi münaqişənin mümkün variantını nəzərdən keçirir.
Xatırladaq ki, yanvarın 12-də Rusiya-NATO Şurasının iclası keçiriləcək. Tədbir alyansın Brüsseldəki mənzil-qərargahında Moskva vaxtı ilə saat 12:00-da başlayacaq. Qeyd olunur ki, görüşün əsas mövzusu təhlükəsizlik təminatları olacaq.
Qeyd edək ki, ötən ilin sonunda Rusiya və ABŞ prezidentləri razılığa gəliblər ki, danışıqlar üç istiqamətdə aparılacaq. Söhbət Rusiya Federasiyası ilə ABŞ arasında Cenevrədə, Rusiya ilə NATO arasında Brüsseldə, eləcə də Vyanada - ATƏT xətti ilə ikitərəfli məsləhətləşmələrdən gedir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...