Misirin Sinay yarımadasında magistral yolda sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində baş verən qəzada 16 nəfər ölüb, 18 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, ölkənin şimal-şərqində Sinay yarımadasında magistral yolda sərnişin avtobusu hərəkət edən mikroavtobusa çırpılıb. Qəzaya havanın dumanlı və görmə qabiliyyətini azaltması səbəb olduğu bildirilib və hadisə yerinə 13 təcili tibbi yardım maşını göndərilib.
Hadisə nəticəsində 16 nəfərin həyatını itirdiyi, 18 nəfərin yaralandığı bildirilib. Yaralıların ən yaxın dövlət xəstəxanasına çatdırıldığı, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...