PDF Oxu

Dünya

  • 1 700

İğtişaşlara görə tutulanların sayı 8 minə çatır - QAZAXISTANDA

İğtişaşlara görə tutulanların sayı 8 minə çatır - QAZAXISTANDA

Qazaxıstanda törədilmiş iğtişaşlarla bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanan şəxslərin sayı 8 minə çatır.

SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan qurumlarının rəsmi informasiyasını yayan operativ qərargahdan bildirilib.“İndiyədək ölkə üzrə 7 939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları Milli Qvardiyanın hərbçiləri və xüsusi bölmələrlə birgə Almatının iki bazarında 207 nəfəri saxlayıb. Polis qaçırılmış beş avtomobil, ticarət malları, odlu və soyuq silahlar müsadirə edib”, - deyə məlumatda qeyd olunur.

sia.az

Digər xəbərlər