PDF Oxu

Dünya

  • 2 227

"NATO-nun genişlənməməsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur"

"NATO-nun genişlənməməsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur"

NATO-nun genişlənməməsi ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş əldə edilməyib.

SİA-nın verdiyi məlumata görə, bunu Cenevrə danışıqlarından sonra jurnalistlərin suallarını cavablandıran Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“NATO-nun genişlənməməsi ilə bağlı əsas məsələdə deyərdim ki, heç bir irəliləyiş əldə olunmayıb”, - deyə rusiyalı diplomat brifinqdə vurğulayıb.

Qeyd edək ki, yanvarın 9-10-da Rusiya və ABŞ Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri ilə bağlı məsləhətləşmələr aparıb. Danışıqlar daha sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası və Vyanada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr formatında davam edəcək.