PDF Oxu

Dünya

  • 1 620

COVİD-19 hallarının sayına görə rekord YENİLƏYİB

COVİD-19 hallarının sayına görə rekord YENİLƏYİB

ABŞ-da son 24 saat ərzində 1,3 milyondan çox COVİD-19 hadisəsi aşkar edilib ki, bu da rekord göstəricidir. SİA xəbər verir ki, bu barədə NBC News kanalının hesablamalarında qeyd olunur.

Telekanalın məlumatına görə, sutka ərzində 1 milyon 343 min 167 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Qeyd olunur ki, bazar ertəsi günləri həmişəkindən daha çox hal olur, çünki bir çox ştatlar həftə sonları barədə məlumat vermir. Buna baxmayaraq, aşkar edilmiş infeksiyaların sayı həm ABŞ-da, həm də dünya standartlarına görə maksimumdur.

Xatırladaq ki, ümumilikdə, kanalın hesablamalarına görə, ABŞ-da təxminən 61,5 milyon COVID-19 hadisəsi aşkar edilib. Bundan əvvəlki rekord yanvarın əvvəlində qeydə alınıb. Johns Hopkins Universiteti 1 milyon 82 mindən çox yoluxma olduğunu bildirib.

Digər xəbərlər