ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bir daha ABŞ hakimiyyətini Quantanamoda yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanasını tez bir zamanda bağlamağa çağırıb. SİA xəbər verir ki, bu barədə büronun rəhbəri Matteo Mekacci bildirib.
DTİHB Birləşmiş Ştatlar administrasiyasının 2021-ci ildə Quantanamodan bir məhbusun təhvil verilməsi və daha iki məhbusun azadlığa buraxılması ilə nümayiş etdirilən bağlanmağa doğru irəliləmə üzrə yenilənmiş öhdəliyini alqışlayıb.
"Lakin biz hələ də lazım olan yerdə deyilik. Həbsxananı birdəfəlik bağlamaq üçün hələ çox iş görülməlidir", deyə büronun rəhbəri qeyd edib.
Xatırladaq ki, hazırda Quantanamo həbsxanasında 39 məhbus qalır, onlardan 27-si rəsmi ittiham irəli sürülmədən 15-20 ildir ki, saxlanılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...