“Normand formatı” aktual olaraq qalır. SİA xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna məsələsi və kollektiv təhlükəsizlik mövzusunda dialoqu alqışlayarkən deyib.
"Prezident Zelenski indicə xatırladıb və biz belə hesab edirik ki, bu, bir neçə həftə əvvəl prezident Putinlə müzakirələrdə də müzakirə olunub. Normandiya formatı aktual olaraq qalır. O, Ukrayna böhranının həlli üçün təcili və tələbkar platforma olaraq qalır", deyə Makron Parisdə Avropa Şurasının rəhbəri Şarl Mişel ilə keçirdiyi
mətbuat konfransında bildirib.
Fransa lideri Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna və digər məsələlər, o cümlədən kollektiv təhlükəsizlik mövzusu ilə bağlı aparılan müzakirələri alqışlayıb.
Xatırladaq ki, çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin mətbuat xidməti bildirib ki, Ukrayna, Fransa və Almaniya sammitin təşkili üçün məsləhətçilər səviyyəsində “Normand formatı” çərçivəsində əlaqələri davam etdirməyə razılaşıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...