Uqandada "Covid-19" səbəbindən dünyada ən uzunmüddətli bağlanmadan sonra məktəblər yenidən açılır.
Uqandada dünyada bütün tarix boyu məktəblərin ən uzunmüddətli bağlanması başa çatır.
SİA xəbər verir ki, Uqandada 15 milyona yaxın məktəbli 2020-ci ilin mart ayından, təhsil müəssisələrinin "Covid-19" pandemiyası səbəbindən bağlandığı vaxtdan məktəbə getməyib.
Təhsil naziri Con Muyinqo bildirib ki, bütün məktəblər uşaqların təhsil almalarının təhlükəsizliyinə zəmanət vermək məqsədilə ciddi epidemioloji protokollar tətbiq ediblər.
Uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən QHT-lər pandemiya zamanı qeydə alınmış ən uzunmüddətli dövr olan 83 həftə ərzində məktəblərin qismən və ya tamamilə bağlanması barədə səlahiyyətlilərin qərarını tənqid ediblər.
Hökumət tərəfindən yanvarın 7-də dərc edilmiş son məlumatlara görə, 48 milyona yaxın əhalisi olan Uqandada koronavirusa 153 min 762 yoluxma və 3339 ölüm halı qeydə alınıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...