Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı siyasi böhranın həll edilməsi üçün mülki və hərbi tərəflərlə ilkin məsləhətləşmələrə başladığını bildirib.SİA xəbər verir ki, BMT-nin Sudan üzrǝ İnteqrasiya edilmiş Keçid Dövrünə Yardım Missiyasının rəhbəri və BMT-nin Sudandakı nümayəndəsi Volker Peretz paytaxt Xartumda keçirdiyi mətbuat konfransında deyib: "Zorakılığa son qoymaq və böhranı həll etmək üçün məsləhətləşmə prosesinin vaxtı gǝlib. Mən bütün siyasi və sosial aktorları, hökumət və digər dairələri, silahlı hərəkatları və Müqavimət Komitələrini məsləhətləşmələrdə iştirak etməyə dəvət edirəm".Məsləhətləşmə prosesinin nǝ zaman keçirilǝcǝyinǝ dair mǝlumat vermǝyǝn Peretz ilk olaraq dünən qeyri-hökumət təşkilatları ilə danışıqlara başladıqlarını bildirib.Məsləhətləşmələri asanlaşdırmaq istədiklərini vurğulayan Peretz ilkin məsləhətləşmələrin bütün tərəflərlə dolayı danışıqların gündəmini müǝyyǝn edəcəyini vurğulayıb.BMT-nin Sudandakı nümayəndəsi Peretz deyib: ‘‘Mǝslǝhǝtlǝşmǝ prosesinǝ bütün sudanlı aktyorları dinləyǝrǝk başlayacağıq’’.Xatırladaq ki, Sudan Baş naziri Abdullah Hamduk yanvarın 2-dǝ istefa vermişdi.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...