Danimarkada aparılan araşdırma birdən-birə elm dünyasının gündəminə çevrilib. Ölkənin paytaxtında yerləşən Kopenhagen Universitetinin tədqiqatçıları tək yaşamağın kişilərin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün mühüm araşdırma aparıblar. Tək yaşayan kişilərin qan hissəcikləri üzərində aparılan müayinə nəticəsində uzun illər tək yaşayan kişilərin bədənlərində iltihablanma səviyyəsinin digər həmcinslərinə nisbətən daha yüksək olduğu müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər iltihabın səviyyəsinin təkcə tək yaşamaqla bağlı olmadığını, həm də orqanizmə təsirinin böyük olduğunu aşkarlayıblar.
Kopenhagen Universitetinin sosial tibb şöbəsindən Rikke Lund və dr.Karolina Koç Davidsenin rəhbərlik etdiyi qrup 48-62 yaş arası 4800 kişi üzərində araşdırma aparıb. Nəticələr elm aləmində böyük heyrətə səbəb olub. Digər tərəfdən, araşdırmaya hazırlıqların uzun illərdir davam etdiyi vurğulanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...